İstənilən poliqrafiya mərkəzində olduğu kimi, bizdə də hazırlanmış çap məhsulunun çapdan sonrakı emalı mövcuddur. İki emal növü olur: mütləq və dekorativ.
Çapdan sonrakı mütləq emala kəsmə, “biqovka”, bükmə, cildləmə və kənarların tikilməsi (“kitabbağlama”) daxildir. Bütün digər növlər dekorativ emala aiddir.
 
Biz çapdan sonrakı emalın növbəti aşağıdakı təqdim edirik:

Keyfiyyətli, səliqəli kəsmə məhsulun zahiri görünüşünün yaratdığı effekti artırır.

“Biqovka” – kağız vərəqinə düzxətli “dərinliyin” tətbiq edilməsidir. Biqovka, boya qatının zədələnmə ehtimalı olduğu hallarda, kifayət qədər sıxlığa (170 q/m2-dən çox) malik olan kağız və ya kartonun sadə qatlanması yolu ilə tətbiq olunur. Belə dərinlik - “biq” adlanır.

Bükmə – dəftərdə çap edilmiş vərəqlərin bükülməsi-qatlanması prosesidir. Dəftərlər formata görə qatlanır və bununla bərabər, səhifələrin yerləşməsinin düzgün ardıcıllığına da riayət etmək lazımdır. Bükmə broşüralar, kataloqlar, bukletlər və s. hazırlanmasında tətbiq olunur.

Büküklərdə rəngin çatlamaması və poliqrafiya məhsullarının xarici görünüşünün səliqəli olması məqsədilə, “biqovka” və bükmə, qalın kağız və ya kartondan çap məhsullarının hazırlanmasında mütləq qaydada istifadə olunur.

Kənarların tikilməsi və ya kitabbağlama broşüralar, kataloqlar və yumşaq üzlüklü (bərk cildlənmiş olmayan) digər məhsulların hazırlanmasında tətbiq edilir. Kitabbağlama qısqaclar və spirallar (yaylar)  vasitəsilə həyata keçirilir. Qısqacla tikilmiş broşüralar 48 vərəqə qədər ola bilər və adətən, istifadə üzrə təlimatların hazırlanması üçün tətbiq edilir. Kitabbağlama üçün yaylar vəziyyətdən asılı olaraq müxtəlif diametrlərə və rənglərə malik ola bilər.

“Bərk cildləmə” – kitablar, dərsliklər, ensiklopediyalar və s. nəşrində istifadə olunur. Son zamanlar diplomlar, dissertasiyalar və avtoreferatların bərk cildlənməsi bir dəbə çevrilib.

Laminasiya – müxtəlif kağız poliqrafiya məhsulları və sənədlərinin xüsusi şəffaf plyonka ilə örtülməsidir. Laminasiyanın əsas məqsədi sənədləri kənar dağıdıcı təsirlərdən müdafiə etməkdir. Laminasiya üçün plyonkanın qalınlığı 32 - 250 mkm arasında dəyişir və təyinatdan asılı olaraq istifadə olunur. Sənədləri bir və ya hər iki tərəfdən laminasiya etmək mümkündür. Laminasiya parlaq, tutqun və ya məxməri ola bilər.

Laminasiya buraxılış vərəqəsi, cib təqvimləri, kafe və restoranlarda menyular və s. kimi tez-tez istifadə edilən materialların intensiv sürtülməsindən qorumağa kömək edir. Amma praktiki təyinatdan savayı, laminasiya dekorativ məqsədlərlə də istifadə olunur. Məsələn, broşüra və ya kataloqun üzünü, ya da ki, korporativ açıqcanı parlaq və ya teksturalı plyonka ilə laminasiya etmək, çox gözəl görünərdi.

Folqalama – kağıza və kartona folqa çəkilməsi prosesidir. Poliqrafiyada folqanın rəngi tamamilə fərqli ola bilər. Bu isə dizaynerin ideyasından, firma üslubundan və sadəcə sizin zövqünüzdən asılıdır. Folqalama prosesini istənilən yerdə tətbiq etmək mümkündür. Buna misal olaraq, vizit kartları, bukletlər, korporativ açıqcalar, kataloqlar və s. kimi müxtəlif firma məhsullarını göstərmək olar.

Basmanaxış – reklam məhsulları, qablaşdırmalar və s. dekorativ bəzədilməsi üçün tətbiq edilir. Basmanaxış prosesi – folqa və ya plyonkanın poliqrafiya obyektinə ilkin preslənməsi prosesidir.

Folqalı basmanaxış– ayrı-ayrı hərflərə və ya obyektlərə (məs., loqotipə) metallaşdırılmış və ya piqment folqasının çəkilməsi əməliyyatından ibarətdir. Folqalı basmanaxış gümüş və ya qızıl suyuna salınma effektini verir. Amma, istənilən digər rəngli piqmentin əlavə edildiyi folqadan da istifadə etmək mümkündür. Folqalı basmanaxış – demək olar ki, hər bir yerdə, o cümlədən vizit kartları, kataloqlar, bukletlər, jurnallar, kitab üzlükləri və saysız hesabsız materiallarda istifadə edilə bilən çox yaraşıqlı dekorativ bəzəkdir.

Relyefli (qabarıq) basmanaxış.Basmanaxışın bu üsulu onunla fərqlənir ki, seçilmiş obyektlər qabarıq, yəni relyefli olur. Relyefli basmanaxış folqalı və folqasız ola bilər. Qabarıq basmanaxış və ya “isti basma” effektli dekorativ elementlər sayılır. Xüsusi olaraq, metallaşdırılmış, gümüşü və ya qızılı folqalı relyef kənardan kifayət qədər dəbli, bahalı və “qlamur” görünür. Belə basmanaxış, tez-tez plastik kartların istehsalında istifadə olunur. 

Perforasiya – materialın müəyyən xətt üzrə asanlıqla qoparılmasını təmin edən xətti dəliklər cərgəsidir. Perforasiya kağız və ya rulon materialda (məs., poçt markaları rulonunda) istifadə edilir. Perforasiya prosesi xüsusi perforasiya bıçaqlarının köməyi ilə aparılır. Bəzən perforasiya prosesində yaranan tullantılar da istifadə olunur (məs. konfetti).

Künclərin dəyirmiləşdirilməsi – əsasən vizit kartları və dəvətnamələrdə istifadə olunur. Bu onun üçün edilir ki, istifadə ediləndə künclər əzilməsin və obyektlər öz cazibədar görünüşünü qoruyub saxlasın. Amma, künclərin dəyirmiləşdirilməsi istənilən digər poliqrafiya məhsulunda aparıla bilər.

Poliqrafiya məhsullarının bəzi növlərində nömrələrin bir-birinin ardınca, ardıcıllıqla dəyişən çapı, yəni nömrələmə tələb olunur. Nömrələmə plastik kartlar, biletlər və s. üçün lazımdır. Mərkəzimizdə sizin uğurlu biznesiniz üçün lazım olan bütün növ poliqrafiya məhsullarında zəruri nömrələməni təmin edəcək.

Selektiv laklanma - dekorativ funksiya kimi nəzərdə tutulub. O, üz qabığı və ya poliqrafiya məhsullarının bir sıra digər elementlərinin tərtibatında tətbiq edilir. Şirkətimizdə çalışan yüksək ixtisaslı mütəxəssislər ən müasir avadanlıqların köməyi ilə selektiv laklanmanın tətbiqi ilə bağlı müxtəlif variantları təklif edə bilər.

Biz yekun məhsulunuzun yüksək keyfiyyətinə zəmanət veririk.

Selektiv laklanma prosesində, təsvirdə yalnız əsas diqqəti maksimal olaraq yönəltmək istədiyiniz hissələr lakla örtülür.

Selektiv laklanmanın köməyi ilə, üz qabığının əsas detalları bəzənir ki, bu da ona xüsusi gözəllik verməklə yanaşı, onu digərlərinin sırasından fərqləndirir. Selektiv laklanma sayəsində firma elementlərini (şirkətin loqotipi və ya digər rəmzləri), korporativ məhsullara gəlincə isə, peşəkar reklam həllərini effektiv şəkildə bəzəmək mümkündür.

Lüverslər – qalın material, məs., bannerin kənarlarında quraşdırılan müxtəlif diametrli metal halqalardır. Bu isə məmulatın müəyyən səthə daha rahat və daha asanlıqla bərkidilməsi və ya asılması üçündür. Lüverslər xüsusi olaraq açılmış deşiklərə bərkidilir ki, bu da istifadə olunan zaman materialın kənar hissələrdən cırılmasının və ya zədələnməsinin qarşısını alır.

Surğuc möhürü – kiçik poliqrafiya formaları: zərflər, dəvətnamələr, mükafat diplomları və fəxri fərmanlar, qablaşdırmalar və açıqcaların bəzədilməsinin ən aktual üsullarından biridir. Surğuc möhürünün ottiski təqvimlər, broşüralar və kataloqların dizaynına xüsusi vintaj dəbdəbəsini əlavə edə bilər. Bundan əlavə, şəxsi məktublaşmalarda ottisklərin yaradılması üçün surğuc möhüründən istifadə, göndərilən sənədlərin tamlığına və yazışmaların məxfiliyinə zəmanət verir; praktiki olaraq, məktubu açan zaman möhürü sındırmamaq mümkün deyil.