“Rol-ap” stendləri (Roll-up)

metal profillərdən hazırlanmış yüngül mobil reklam konstruksiyalarıdır. Rol-ap stendlərinin özəl xüsusiyyəti – yığılan zaman reklam fotopanelinin fırlanaraq stendin korpusuna daxil olmasıdır. Səyyarlıq, etibarlılıq, asan istifadə - bütün bunlar rol-ap stendlərinin başlıca üstünlükləridir. Sərgi marketinqinin effektiv alətlərindən biri şübhəsiz ki, mobil roller stendləridir. Rol-ap stendləri öz sadəliyi, yüngüllüyü və sadə quraşdırma imkanı ilə çox rahatdır. Rol-ap stendlərinin dəyəri banner stendləri arasında qiymət/keyfiyyət nisbəti üzrə ən yaxşı variantdır.
Ən populyar ölçü– 0,85 x 2 metr təşkil edir.
Həmçinin  1 x 2, / 1,2 x 2 / 1,5 x 2 metr ölçüləri də var.