Boy ölçülü fiqurlar – müştərilərin cəlb edilməsi yolu

Sərt rəqabət şəraitində müştəriləri cəlb etmək üçün yeni-yeni üsullar, hərdən isə qeyri-adi vasitələr fikirləşib tapmaq lazım olur. Misal üçün, sizin dəbli qadın geyimləri mağazanızın girişində təmtəraqla geyinmiş cazibədar sarışın qızların dayanması variantına necə baxırsınız? Bəs əyləncə parkının kassasında daim üzündən təbəssüm əskik olmayan Mikki Mausun uşaqları salamlaması necə fikirdir? Ən əsası isə, onlara bu işə görə bir qəpik də ödəmək lazım deyil, axı bu canlı insanlar yox, adam boyunda olan plastik və karton fiqurlardır!