Məlumatların qorunması

Deyirlər ki, dünyanı informasiya idarə edir. Bizim işimizdə bu iddia ikiqat həqiqətdir. Axı siz tez-tez bizə təkcə öz sirlərinizi və planlarınızı deyil, həm də müştərilərinizin fəaliyyətinə aid olan məlumatları etibar edirsiniz. Onlar da sizə etibar edirlər. Biz isə əlimizdən gələni edirik ki, siz bizə etibar edəsiniz və heç vaxt buna görə təəssüf hissi keçirməmişik.

Məhz bu səbəbdən, şirkətimizdə müştəri məlumatları üzrə fəaliyyətə aid olan xüsusi qaydalar sistemi hazırlanmışdır. Siz tam əmin ola bilərsiniz ki, xüsusilə Sizin sifarişlərə, həm də bütövlükdə biznesinizin özəlliklərinə aid olan istənilən məlumatın məxfiliyi tərəfimizdən qorunub saxlanılacaq.

Siz, öz səylərini məhz sizinlə işə yönəldəcək menecerlərimizin etik davranışına da büsbütün əmin ola bilərsiniz.

Şirkətimizdə həyata keçirilən məxfilik siyasəti zəmanət verir ki, müştərilərimizin işinə aid olan bütün materiallar mərkəzimizdən kənara çıxmasın. Bundan əlavə, iş vaxtından kənarda bu məxfi məlumatlar əməkdaşlarımızın müzakirə mövzusu sayılmır və ola da bilməz. Bu qaydalara ciddi riayət olunmasına nəzarət  kollektivimizdə məlumat itkisi ilə bağlı bütün halları istisna edir.