KÜÇƏ REKLAMI / GENİŞ FORMATLI ÇAP
Hörmətli Print Art Plyus LLC sifarişçiləri və tərəfdaşları! Sizlərə müstəsna olaraq küçə
reklamları və geniş formatlı çapla məşğul olan yeni filialımızın açılması xəbərini verməyə şadıq!
Mərkəzimizin bütün xidmətləri heç bir subpodratçı və ya vasitəçilər cəlb edilmədən, şəxsi
maddi-texniki bazası əsasında göstərilir.
Biz yalnız sınanmış istehlak materialları istehlakçıları ilə çalışmaqla, bazarı göstərdiyimiz
xidmətlərə sərfəli qiymətlərlə təmin edirik.
KÜÇƏ REKLAMI
Olduğunuz yerdən asılı olaraq, müxtəlif çeşiddə və həcmdə küçə reklamı təklif edirik və Bakı
şəhəri üzrə əməkdaşlığa hazır olduğumuzu nəzərinizə çatdırırıq. Rayonlara çıxış imkanı da var.
Biz müxtəlif mürəkkəblik dərəcəsində küçə reklamları işləyib-hazırlayır və istehsal edirik:
– akril, plastik, metal və metalokompozit kimi materiallardan hazırlanan lövhəciklər;
– informasiyanın sadə plyonkalanmadan tutmuş, sublimasiyalı və
ya UB-çapka (ultrabənövşəyi) və həkkolunma kimi – istənilən üsulla həkk edilməsi;
– distansion tutqaclarla bərkidilmiş və həcmli hərflər; müxtəlif ölçülü
və modifikasiyalı işıqlandırılmayan və işıqlandırılanlar (diodlar, neonlar);
– lövhələr və işıqlı qutular, sonuncular kvadrat şəkilli, düzbucaqlı və ya mürəkkəb formalı,
diod və ya neon işıqlandırmalı. Neonlu yazılar həm açıq, həm də qapalı ola bilər;
– ştenderlər – tağşəkilli və ya düzbucaqlılar, xırda və irilər, informasiya üçün nəzərdə
tutulan cibli və ya cibsizlər;
– stelalar və pilonlar – formaları və ölçüləri sizinlə razılaşdırılacaqdır.
Küçə reklamının istehsal qiyməti istifadə olunan materiallar, ölçüləri və mürəkkəblikləri
nəzərə alınmaqla, fərdi qaydada hesablanır.
GENİŞ FORMATLI ÇAP (eni 320 sm)
Geniş formatlı çapdan küçə reklamının istehsalı və interyerin tərtibatı, daxili posterlərin,
vitrinlər üçün yapışqanların, plakatların hazırlanması üçün istifadə edilir.
Təcrübə bu sayaq reklamın diqqət cəlb etdiyini göstərir.
İnteryer çapından fərqli olaraq, geniş formatlı çap uzaq məsafələrdən görünmə üçün
hesablanmışdır.
Bu səbəbdən də yaxından geniş formatlı çap o qədər də səmərəli görünməyəcək.
Geniş formatlı çap üçün material seçimi reklam daşıyıcısından, onun ölçülərindən
və yerləşdirildiyi məkandan asılıdır.
İNTERYER ÇAPINDA (eni 155 sm) diqqət böyük qismi çapın keyfiyyətinə ayrılır.
Belə ki, reklamın bu növü detalların yaxın məsafədən baxılmasını nəzərdə tutduğu üçün,
ən yüksək çap keyfiyyətini təmin etmək məhz belə hallarda önəmlidir.
Geniş miqyaslı və interyer çapı üçün materiallar
Ağ astarlı banner parçaları;
Qara astarlı banner parçaları;
Banner şəbəkəsi
Beklitlər
Tutqun və parlaq vinillər
Qalın kətan və s.
.
Çapdan əlavə, biz LÜVERSLƏRİN QURAŞDIRILMASI xidmətini də təklif edirik.
QURAŞDIRMA İŞLƏRİ
Əlavə, lakin zəruri xidmətlərin sırasına reklam daşıyıcılarının istər ayrı-ayrı konstruksiyalarda,
istərsə də binaların fasadlarında, pəncərələrində və damlarında quraşdırılması da daxildir.
Quraşdırma işləri pilləkənlərdən və zərurət yarandığı təqdirdə, qüllədən istifadə edilməklə
həyata keçirilə bilər.
Müştərinin xahişi ilə ölçülərin götürülməsi üçün quraşdırma işləri aparılacaq ünvana
mütəxəssis göndərilə bilər.