Online Sifariş

Sifarişin rəsmiləşdirilməsi
faylı yüklə
*Hazır orijinal maketlərə olan tələblər

HAZIR ORİJİNAL MAKETLƏRƏ OLAN TƏLƏBLƏR

  • 30 mb-dan çox olmayan faylların yüklənilməsi

  • Qəbul edilən faylların formatı
    Hazır maketlər və paginasiya (səhifələnmə)
    aşağıdakı proqram paketlərində qəbul olunur
    1. Adobe Acrobat (*.pdf )
    2. Adobe InDesign (*.ind)
    3. Adobe Illustrator (*.ai, *.eps )
    4. Corel DRAW (*.cdr)
    Əgər çoxsəhifəli maket Adobe Illustrator proqramında
    hazırlanıbsa, hər bir səhifə ayrıca faylda olmalıdır.

  • ! MS Word formatında olan fayllar iş üçün qəbul edilmir

  • Ölçülər və (mütləq) üst boşluqlar
    Orijinal maketin səhifələrinin ölçüləri məmulatın kəsiləcək ölçüsünə uyğun olmalıdır. Vərəq məmulatlarında və məmulatların qısqacla (skrepka) tikilməsində üst boşluqlar 3 mm-dən, yapışqanlı bağlama və kəsmədə isə 5 mm-dən az olmamalıdır.
    Əgər maketin bütün vacib informativ elementləri (mətn, qrafik tərtibat elementləri, fotoşəkillər) kəsilmə hissəsinə düşmürsə, dizayn elementləri kimi kəsilmə xəttindən ən azı 3 mm aralıda yerləşməlidir.

  • Rəng
    Bütün tam rəngli təsvirlər CMYK rəng palitrasında, ağ-qara təsvirlər isə Grayscale palitrasında işlənməlidir.

  • Texnoloji tələblər
    Fraqmentar lak, isti ştamplama və basmanaxışdan istifadə edildikdə, texnoloji tələbləri mütləq dəqiqləşdirin. 2 rəngdən çox istifadə etməklə tərtib olunan tərsinə şriftlərin xəttinin minimal qalınlığı və ölçüsü mətbəənin texnoloqu və ya mərkəzin əməkdaşları ilə razılaşdırılır.
    Rastr qrafik təsvirinin ölçüsü 300 – 400 dpi (tam rəngli məhsulların hazırlanması üçün) və 225 – 300 dpi (natamam rəngli məhsulların hazırlanması üçün) hədlərində olmalıdır.

  • Şriftlər
    Publikasiyada istifadə edilən bütün şriftlər vektor qrafikası kimi təqdim olunmalıdır (əyrilərə çevrilməlidir). İri həcmli mətnin səhifələnməsində şriftlər publikasiya faylına əlavə edilməlidir.
    Bir neçə rəngdən ibarət olan plaşkalarda 6 pt-dan kiçik olan şriftlərin tərsinə istifadə edilməsinə yol verməyin.
    Yalnız publikasiyanızın hazırlanmasında istifadə etdiyiniz şriftləri gətirin.
    Adobe Pagemaker, Adobe InDesign və digər proqram paketlərində səhifələnmiş publikasiyaları PDF / X-3 formatlarında gətirmək mümkündür.

  • Digər tələblər və istəklər
    Faylların adlarında yalnız latın hərflərindən istifadə etmək lazımdır.
    Fayl və yekun məmulatda olan səhifələrin ardıcıllığı üst-üstə düşməlidir.
    Qrafik paketlər arasında faylların “eksport”unu mümkün qədər az az edin.
    Təsvirləri “import” edərkən onları publikasiyanın olduğu bir kataloqa yerləşdirin və ya qrafik proqramda “Collect for output” (“Prepare for service bueau”) komandasını yerinə yetirin..

Diqqətinizə görə təşəkkür edirik! Sizinlə məhsuldar və uzunmüddətli əməkdaşlığa ümid edirik.

Hörmətlə,

PRINT ART+ Xerox The Document Centre