ŞİRKƏT HAQQINDA

Print Art Plyus MMS Operativ və İşgüzar Çap Mərkəzinin saytına xoş gəlmisiniz!
Biz 2007-ci ildən Azərbaycan bazarında uğurla fəaliyyət göstəririk və mətbuat sahəsində lider ola bildiyimizdən qürur duyuruq. Uğurumuz çoxillik təcrübəyə, komandamızın peşəkarlığına və qabaqcıl texnologiyalardan istifadəyə əsaslanır.
 
Bütün çap və müxtəlif materialların hazırlanması tələbatlarınızı ödəmək üçün geniş xidmətlər təklif edirik. Buraya biznes-kartları, flayerlər, broşürlər, afişalar, promo-məhsulları, sənədlərin arxivləşdirilməsi, köynəklər, stikerlər və ya digər çap məhsulları daxildir.
Sifarişin sürətli və keyfiyyətli yerinə yetirilməsinə zəmanət veririk.
Hər il 10 mindən çox sifariş yerinə yetiririk. Ünlü müştərilərimiz arasında: Baku Steel Company, Novco Group of Companies, Socar midstream, Leo Burnett Azerbaijan və s. kimi şirkətlər yer alır.
 
 
Təcrübəli peşəkarlardan ibarət komandamız hər zaman çap tələbatlarınızın təmin edilməsi üçün ən doğru yolu seçməkdə sizə kömək etməyə və məsləhətlər verməyə hazırdır. Biz maketin hazırlanmasından tutmuş, yekun nəşrinə və tamamlanma işlərinə qədər – istehsalın hər bir mərhələsini diqqətlə izləyirik.
Həmçinin sizə Bizimlə əməkdaşlıq prosesini sizin üçün mümkün qədər rahat və sərfəli etmək üçün çevik qiymətqoyulma sistemi və müxtəlif çatdırılma variantları da təklif edirik.
Vaxtınızı itirməyin və çap məsələlərinizin həllini peşəkarlara həvalə edin.
Operativ Çap Mərkəzinə elə indi müraciət edin, biz sizin çapa dair  bütün ideya və ehtiyaclarınızın təmin edilməsinə  sevə-sevə yardımçı olaq.
 
Bizi tapmaq çox asandır ofisimiz Bakı şəhərinin tam mərkəzində yerləşir.
 
Əminik ki, bir dəfə bizə müraciət etdikdən sonra təkcə daimi müştərimiz deyil, həm də dostumuz olacaqsınız!
 
Hörmətlə,
Elnarə Əliyeva
Direktor